Modern.az

122 repatriant reabilitasiyaya cəlb edilib

122 repatriant reabilitasiyaya cəlb edilib

Aktual

5 Dekabr 2022, 14:56

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin ötən dövründə ölkəmizə qaytarılmış 122 repatriantı sosial reabilitasiya və re-inteqrasiya xidmətlərinə cəlb edib.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, qurum əməkdaşları tərəfindən onlarla bağlı sosial-psixoloji dəstək tədbirləri davam etdirilir.

 

Ümumilikdə isə hazırda 152 ailə üzrə 409 repatriasiya edilmiş şəxs və qəyyumları ilə bu istiqamətdə iş aparılır.

 

Repatriasiya olunmuş hər bir şəxsin ilk növbədə sosial-psixoloji qiymətləndirilməsi həyata keçirilir. Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanaraq, onun əsasında sosial işçi və psixoloqlar tərəfindən sosial reabilitasiya prosesi həyata keçirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?