Modern.az

Son sutkada cəmi 13 nəfər yoluxub

Son sutkada cəmi 13 nəfər yoluxub

Aktual

5 Dekabr 2022, 16:30

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada xəstəlikdən ölən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 824 512 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 261 nəfər müalicə olunaraq sağalıb, hazırda 268 aktiv xəstə var. Bu günə qədər 9983 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 878, ümumilikdə isə 7 383 253 test icra olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?