Modern.az

Gənc rəqqasın intihar səbəbi bəlli oldu - VİDEO 

Gənc rəqqasın intihar səbəbi bəlli oldu - VİDEO 

Aktual

5 Dekabr 2022, 20:22

Ötən gün intihar edən tanınmış rəqqas Dəyanət Məmmədovun dostu Nurlan Əzizov mərhumun külli miqdarda borcu olduğunu bildirib.

 

Modern.az-ın məlumatına görə, N.Əzizov qeyd edib ki, Dəyanətin borclu olduğu adamlar tez-tez qapısına gəlirdi:

 

“Toylarda dizayn işləri ilə məşğul olduğu üçün bir sıra avadanlıqları var idi. Avadanlıqları əldə etmək üçün müəyyən məbləğdə borc alıb. Bəzi toy və məclislərdə ziyana getdiyi üçün borcunu qaytara bilmirdi”.

 

Qeyd edək ki, mərhum rəqqas bu gün doğulduğu Quba rayonunun Gəray kəndində torpağa tapşırılıb.

 

Daha ətraflı Baku TV-nin süjetində:

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?