Modern.az

Peruda ölənlərin sayı artdı

Peruda ölənlərin sayı artdı

Aktual

18 Dekabr 2022, 18:05

Peruda prezident Pedro Kastilyonun dekabrın 7-də Konqres tərəfindən vəzifəsindən azad edilərək həbsxanaya göndərilməsindən sonra başlayan nümayişlərdə ölənlərin sayı 30-a çatıb.

 

Modern.az-ın xəbərinə görə, ölkənin Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib ki, ölkənin müxtəlif şəhərlərində davam edən etirazlarda 30 nəfər həyatını itirib.

 

69 nəfərin isə xəstəxanalarda müalicə olunduğu açıqlanıb.

 

Ümumiyyətlə, ilk gündən bu günə qədər yaralananların sayının 500-ü keçdiyi, 150-dən çox nümayişçinin saxlanıldığı qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır