Modern.az

Zərdabda vəzifəli şəxsə cinayət işi AÇILDI

Zərdabda vəzifəli şəxsə cinayət işi AÇILDI

Aktual

30 Dekabr 2022, 17:38

Zərdab rayon Dəkkəoba bələdiyyəsinin sədri Elxan Məmmədovun 2017-2022-ci illərdə qanunsuz hərəkətlərə yol verməsinə dair toplanmış material üzrə rayon prokurorluğunda cinayət işi başlanıb.

 

Bu barədə Modern.az-a Zərdab rayon prokurorluğundan məlumat verilib.

 

İstintaqın gedişində Elxan Məmmədovun vəzifə səlahiyyətlərini aşmaqla bələdiyyə əmlakını mənimsəməsi və vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

İş üzrə Elxan Məmmədov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan olunub.

 

Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?