Hazırda 3400-ə yaxın ukraynalı hərbçi əsirlikdədir, 15 min insan isə itkin düşüb.
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin hərbi qulluqçuların hüquqlarının müdafiəsi üzrə ombudsmanı Alyona Verbitskaya bildirib.
“İtkin düşənlərin aqibəti barədə heç nə bilmirik. Bilmirik ki, onlar Rusiya tərəfindən işğal olunmuş ərazilərdən zorla aparılıb, yoxsa öldürülüblər. Dəqiq məlumatın olmaması onların qohumları üçün çətindir”, - ombudsman vurğulayıb.