Modern.az

Nişanlısını bıçaqlayan gənc TUTULDU

Nişanlısını bıçaqlayan gənc TUTULDU

Aktual

6 Yanvar 2023, 13:34

Astarada nişanlısını bıçaqlayan 22 yaşlı oğlan saxlanılıb.

 

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Mirisaq Mirvaleh oğlu Mirtalibov saxlanılıb, faktla bağlı Astara Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir.

 

Qeyd edək ki, hadisə dünən Astaranın Şiyəkəran kəndində qeydə alınıb. 2001-ci il təvəllüdlü Mirisaq Mirvaleh oğlu Mirtalibov nişanlısı Səbinə Nicat qızı Qənbərovanı aralarında yaranan mübahisə nəticəsində döyüb, sonra onun bədəninin müxtəlif nahiyələrinə 4 bıçaq zərbəsi vurub.

 

Ağır xəsarət alan qız təcili Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?