Modern.az

Xəzərdə avarçəkənlərin yarışı keçiriləcək

Xəzərdə avarçəkənlərin yarışı keçiriləcək

Aktual

6 Yanvar 2023, 13:50

Yanvarın 7-də Xəzər dənizində avarçəkənlərin təlim qayıqlarında yarışları keçiriləcək.

 

Modern.az xəbər verir ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) 2023-cü ilin ilk idman tədbirini Bakı bulvarında təşkil edəcək.

 

Federasiya Xəzərdə test yürüşlərini artıq uğurla başa vurub. “MİLAN EXPO”nun qarşısında olacaq tədbir zamanı Bakıda sakinlərlə ilk səyyar görüş də həyata keçiriləcək.

 

Qeyd edək ki, AKAF ölkənin bütün bölgələrində səyyar görüşlər təşkil etməyi nəzərdə tutub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?