Modern.az

Həkimlərin sertifikasiya imtahanı bu tarixdə KEÇİRİLƏCƏK

Həkimlərin sertifikasiya imtahanı bu tarixdə KEÇİRİLƏCƏK

Aktual

6 Yanvar 2023, 16:18

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin 26 dekabr 2022-ci ildən texniki səbəblərdən təxirə salınmış sertifikasiya imtahanlarının 11 yanvar 2023-cü ildən etibarən keçirilməsi bərpa edilir.

 

Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, həmin tarixlərdə imtahanı təxirə salınmış şəxslərə yeni imtahan tarixləri və yenilənmiş imtahan buraxılış vərəqələri cari ilin yanvar ayının 9-da təkrar göndəriləcək.

 

11 yanvar 2023-cü il tarixində keçiriləcək sertifikasiya imtahanında iştirakı nəzərdə tutulan şəxslər imtahan buraxılış vərəqəsində qeyd olunmuş ünvan və saatda sertifikasiya imtahanında iştirak üçün dəvət olunurlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?