"Təəssüf ki, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi “blokada” və “humanitar vəziyyət” haqqında yalan xəbərlərə aldanıb".
Modern.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında yazıb.
“Əgər Laçın yolu bağlı olsaydı, oradan heç bir avtomobil keçməzdi. Nə üçün yoldan qeyri-qanuni fəaliyyət üçün istifadə etmək olar, amma etiraz etmək düzgün deyil?”, - deyə XİN rəsmisi ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenterə cavabında bildirib.