Türkiyədə Diyarbəkir-Silvan şosesi ilə hərəkət edən şəhərlərarası sərnişin avtobusu aşıb.
Modern.az Anadolu agentliyinə istinadən xəbər verir ki, ağır yol-nəqliyyat qəzasında ən azı 5 nəfər həyatını itirib, 22 nəfər yaralanıb.
Yaralılar xəstəxanalara çatdırılıb. Qəzanın səbəbi hələlik açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.