Avtomobil yollarında görmə məsafəsi 200-700 metrədək məhdudlaşacaq.
Bu barədə Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Yanvarın 8-dən 12-dək ölkə ərazisində yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq bəzi yolların buz bağlayacağı gözlənilir. Həmçinin dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarında görmə məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimalı var.