Modern.az

Prezident seçkiləri mayda keçiriləcək - Ərdoğan açıqladı

Prezident seçkiləri mayda keçiriləcək - Ərdoğan açıqladı

Aktual

7 Yanvar 2023, 15:07

Türkiyədə növbəti prezident seçkiləri bu ilin iyun ayında deyil, mayda keçirilə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

 

Qardaş ölkə lideri seçkilərin 5 ay sonra keçiriləcəyini anons edib. “Önümüzdə 5 ay var, 5 ay boyunca dayanmaq yoxdur”, - Ərdoğan çıxışında deyib.

 

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin vaxtının irəli çəkilməsi bir müddətdir müzakirə mövzusudur. Bildirilir ki, vətəndaşlar yay aylarında məzuniyyətdə olduğundan seçkinin iyunda keçirilməsi məqsədəuyğun deyil.

 

Bundan öncə prezident seçkilərinin 2023-cü il iyunun 18-də keçiriləcəyi açıqlanmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?