Modern.az

Bakıda çovğun olacaq - XƏBƏRDARLIQ

Bakıda çovğun olacaq - XƏBƏRDARLIQ

Aktual

7 Yanvar 2023, 16:33

Yanvarın 8-dən başlayaraq 12-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, yanvarın 7-si axşamdan 10-u gündüzədək arabir güclənəcək. Yanvarın 8-i gündüzdən 10-u gündüzədək arabir çovğun olacağı ehtimalı var.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° enərək gecə 1-3° şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq. Yanvarın 8-i axşamdan 12-dək yolların buz bağlayacağı ehtimalı var.

 

Yanvarın 8-dən başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi əsəcək, yanvarın 7-si axşamdan 10-u gündüzədək arabir güclənəcək. Çovğun olacağı ehtimalı var.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° enərək gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlıq rayonlarda isə gecə 10-15°, gündüz 5-8° şaxta olacaq. Yollar buz bağlayacaq.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?