Modern.az

Rayonlara qar yağır - FAKTİKİ HAVA

Rayonlara qar yağır - FAKTİKİ HAVA

Aktual

7 Yanvar 2023, 18:14

Yanvarın 7-nə saat 17:00-a olan məlumatına əsasən Qubada, Gədəbəydə, Daşkəsəndə, Qusarda, Altıağacda, Xaltanda qar yağır.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, şimal-qərb küləyi Göyçayda 21 m/s, Tərtər, Qəbələ, Ağdam, Naftalanda 20 m/s, Şəki, Daşkəsəndə 18 m/s, Bakıda 17 m/s olub.

 

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.0 metrə çatıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?