Modern.az

Yevlaxda keçmiş polis qətlə yetirildi

Yevlaxda keçmiş polis qətlə yetirildi

Aktual

8 Yanvar 2023, 08:45

Yanvarın 8-də saat 01 radələrində Yevlax rayonu Çənlibel qəsəbəsində 1980-ci il təvəllüdlü Anar Sadıqovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həmyerlisi 1985-ci il təvəllüdlü Ramin Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.

 

A.Sadıqov əvvəllər Yevlax Rayon Polis Şöbəsində polis serjantı kimi xidmət edib.

 

Araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?