Modern.az

Şuşa, Kəlbəcər və Laçının HAVASI 

Şuşa, Kəlbəcər və Laçının HAVASI 

Aktual

8 Yanvar 2023, 11:24

Şuşa, Kəlbəcər və Laçında qar yağıb, qar örtüyü əmələ gəlib.

 

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Modern.az-a bildirib ki, yanvarın 8-də Şuşa, Kəlbəcər və Laçında qarın yağmasının davam edəcəyi, arabir duman olacağı gözlənilir. Hazırda şərq küləyi əsir, küləyin sürəti 3-8 metr/saniyəyə bərabərdir. Havanın temperaturu 3-6 dərəcə şaxta təşkil edəcək.

 

Daim yenilənən hava haqqında məlumatları, qarın yaratdığı mənzərələrlə bağlı maraqlı şəkil və videoları meteo.az saytından əldə etmək mümkündür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?