Qarlı hava şəraitində bir nəfər piyadanın yıxılması ilə bağlı təcili tibbi yardıma müraciət daxil olub.
Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hadisə Bakının Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, 73 yaşlı kişi yıxılıb, o, bud-çanaq oynağı travması ilə hospitalizasiya olunub.