Ermənistanın baş naziri Nikol Paşinyan sabah, yanvarın 10-da mətbuat konfransı keçirəcək və KİV nümayəndələrinin suallarını cavablandıracaq.
Modern.az xəbər verir ki, baş nazirin ailəsinə yaxın olan saytın məlumatına görə, əvvəlki mətbuat konfranslarından fərqli olaraq, Paşinyan bu dəfə jurnalistlərin suallarının üzbəüz cavablandıracaq.
Məlumata görə, 50-yə yaxın media orqanının baş nazirə sual vermək imkanı olacaq.
“Hraparak” qəzeti isə yazıb ki, bir sıra media qurumları mətbuat konfransına dəvət edilməyib.
Bəzi KİV-lər mətbuat konfransına dəvət alsa da, Paşinyanın suallara istədiyi cavabı verəcəyini nəzərə alaraq bundan imtina ediblər.
"Media nümayəndələri belə qərara gəliblər ki, baş nazir hər hansı jurnalisti təhqir edərsə, ona qarşı kobudluq edərsə, zalı birlikdə tərk edəcəklər", - deyə "Hraparak" qeyd edib.