Modern.az

Ova gedən kişi tüfənglə başından vuruldu - YENİLƏNİB 

Ova gedən kişi tüfənglə başından vuruldu - YENİLƏNİB 

Aktual

9 Yanvar 2023, 23:15

Yanvarın 9-u Biləsuvar rayon sakini, 1967-ci il təvəllüdlü Zakir Tağıyevin ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Biləsuvar rayon prokurorluğundan məlumat daxil olub.

 

Qeyd olunub ki, ilkin araşdırma zamanı Zakir Tağıyevin 9 yanvar saat 16 radələrində 3 nəfərlə birgə Biləsuvar rayonunda yerləşən “Şəhriyar” adlı əraziyə ova getməsi və həmin vaxt orada olan şəxslərdən biri tərəfindən ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölməsinə dair əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

 

***

17:48

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

 

Biləsuvar sakini tüfəngdən açılan atəş nəticəsində ölüb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Belə ki, yanvarın 9-da saat 17 radələrində Biləsuvar rayonunda 1967-ci il təvəllüdlü Zakir Tağıyevin başından aldığı qırma xəsarətlərindən ölməsi ilə barədə polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ölüm faktlı ilə bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?