Modern.az

Şuşa, Kəlbəcər və Laçının 3 günlük hava proqnozu

Şuşa, Kəlbəcər və Laçının 3 günlük hava proqnozu

Aktual

9 Yanvar 2023, 18:57

Qarşıdakı üç gündə Şuşa, Kəlbəcər və Laçında müşahidə ediləcək hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanvarın 10-da zəif yağan qarın axşama doğru intensivləşəcəyi gözlənilir. Arabir duman olacaq. Şərq küləyi 3-8 m/s əsəcək.

 

Havanın temperaturu gecə 15-18° şaxta, gündüz 8-13° şaxta olacaq.

 

Yanvarın 11-də arabir qar yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi 3-8 m/s əsəcək.

 

Havanın temperaturu gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacaq.

 

Yanvarın 12-də gün ərzində əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi 3-8 m/s əsəcək.

 

Havanın temperaturu gecə 15-18° şaxta, gündüz 6-11° şaxta olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?