Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.
Modern.az xəbər verir ki, bu gün səhər saatlarında Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus iki avtomobilin aksiya ərazisindən keçidi təmin olunub.
Beynəlxalq təşkilata aid avtomobillər Xankəndidən Laçın istiqamətinə doğru hərəkət ediblər.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazi humanitar məqsədli maşınların keçidi üçün tam açıqdır.
Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabr ayının 12-dən başlayan aksiya 30 gündür davam edir.