Ermənistan parlamentinin “Hayastan” fraksiyası dünən iclas keçirib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclasa fraksiyanın lideri, keçmiş prezident Robert Köçəryan sədrlik edib.
Müzakirənin əsas mövzusu Laçın yolundakı vəziyyətlə bağlı olub.
Robert Köçəryan komanda yoldaşlarına son dərəcə çətin vəziyyətin yarandığını və çıxış yolunun hələ görünmədiyini qeyd edib.
“Hayastan” fraksiyasının deputatı Aqnesa Xamoyan iclasın yekunları barədə KİV-ə deyib ki, onlar müxtəlif məsələləri müzakirə ediblər, fraksiyanın ötən ildəki fəaliyyətini, eləcə də qarşıda duran taktiki-strateji fəaliyyətləri ümumiləşdiriblər.