Modern.az

Metroda ölən şəxsin kimliyi məlum oldu

Metroda ölən şəxsin kimliyi məlum oldu

Aktual

10 Yanvar 2023, 11:05

Bakı metrosunda ölən kişinin kimliyi məlum olub.

 

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətin Modern.az-a bildirilib ki, həyatını itirən şəxs 1965-ci il təvəllüdlü Xəqani Hüseynovdur.

 

Xatırladaq ki, bu gün səhər saat 07:45 radələrində metronun "20 yanvar" stansiyasında bir sərnişin halı pisləşdiyi üçün qatardan düşürülüb.

 

Dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım çağırılıb. Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, sərnişin dünyasını dəyişib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?