Modern.az

Türkiyədə yeni PUA uğurla sınaqdan keçirildi

Türkiyədə yeni PUA uğurla sınaqdan keçirildi

Aktual

10 Yanvar 2023, 12:28

Türkiyənin “Baykar” şirkəti “Bayraktar” şaquli eniş-qalxış qabiliyyətli pilotsuz uçan aparatının sınaqlarını uğurla həyata keçirib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

 

Bildirilib ki, PUA-nın 8000 fut yüksəkliyə qaldırılması ilə bağlı sınaqlar uğurla başa çatıb.

 

Bu ildə istifadəyə verilməsi planlaşdırılan PUA avtonom və yarı avtonom uçuş, o cümlədən avtonom qalxma və enmə imkanlarına malikdir.

 

Taktiki pilotsuz uçuş aparatı həm də izləmə və kəşfiyyat toplama işlərini yerinə yetirir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib