Yanvarın 9-da qarlı hava şəraiti ilə bağlı şimal rayonlarının yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qubada altı, Qusarda iki, Xaçmazda isə üç yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtoqəzalar nəticəsində ümumilikdə 22 avtomobilə zərər dəyib. Hadisələr zamanı xəsarət alan olmayıb.