Modern.az

Cəbrayılda xeyli silah-sursat aşkarlandı

Cəbrayılda xeyli silah-sursat aşkarlandı

Aktual

10 Yanvar 2023, 15:20

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun inzibati ərazisindən xeyli sayda silah-sursat aşkar edilib.

 

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının işğaldan azad edilmiş ərazilərdə keçirdikləri tədbirlərlə tərk edilmiş hərbi mövqelərdən 11 avtomat, 2 pulemyot, 7 qumbaraatan, 2 snayper tüfəngi, 2 optik nişangah, 59 müxtəlif növ mərmi, 7780 ədəd müxtəlif çaplı patron və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib