Modern.az

Bu gün 22 dərəcə şaxta olacaq

Bu gün 22 dərəcə şaxta olacaq

Aktual

11 Yanvar 2023, 07:50

Bu gün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi normadan yüksək 785 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Yollar buz bağlayacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 18-22° şaxta, gündüz 7-12° şaxta olacaq. Yollar buz bağlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı