Modern.az

Bu çaydanlar böyrəkdə daş yaradır

Bu çaydanlar böyrəkdə daş yaradır

Aktual

11 Yanvar 2023, 07:40

İçində kirəc yığılmış çaydandan su və çay içmək böyrəklərdə daş yarada bilər.

 

Modern.az xəbər verir ki, bunu rusiyalı həkim Yelena Solomatina bildirib.


"Çaydanlara toplanmış kirəci təmizləməsəniz, mineral hissəcikləri suya qarışacaq və orqanizmə daxil olacaq. Duz, kalsium və maqnezium ifrazat sisteminə əlavə yük salır və böyrəklərdə toplanır. Əgər böyrəklərinizdə problem varsa, dəfələrlə qaynanmış su yeni problemlər yarada bilər. Çaydanlarınızı müntəzəm olaraq dəyişin və ya tez - tez təmizləyin",- deyə həkim söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı