Modern.az

FIFA prezidenti dindirildi - Şok ittihamlar

FIFA prezidenti dindirildi - Şok ittihamlar

Aktual

11 Yanvar 2023, 12:12

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino yanvarın 10-da vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı İsveçrə prokurorluğunda dindirilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

 

Bildirilib ki, Canni İnfantino vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanaşı, rəsmi sirri yaymaqda və təhqiqata mane olmaqda ittiham edilir.

 

Məlumata görə, İsveçrə prokurorluğu 2020-ci ilin iyulun ayında Canni İnfantino və ölkənin sabiq federal prokuroru Mixael Lauberə qarşı cinayət işi açıb. 

 

Canni İnfantino 2000-2016-cı illərdə Avropa Futbol Assosiasiyaları İttifaqında (UEFA) işləyib. O, qurumdakı fəaliyyətinin son yeddi ilində UEFA-nın baş katibi postunda çalışıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı