Modern.az

Tofiq Yaqublu xəstəxanaya yerləşdirildi - YENİLƏNİB 

Tofiq Yaqublu xəstəxanaya yerləşdirildi - YENİLƏNİB 

Aktual

11 Yanvar 2023, 19:28

Daxili İşlər Nazirliyi xəstəxanaya yerləşdirilən Tofiq Yaqublu ilə bağlı açıqlama yayıb.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, bu gün həkim Adil Qeybulla DİN-in İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinə gedərək Tofiq Yaqublu ilə görüşüb. Həkimin məsləhəti ilə T.Yaqublu ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb. Tibbi müayinənin nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.

 

***

18:36

Müsavat partiyasının hazırda həbsdə olan üzvü Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi feysbuk hesabında məlumat paylaşıb.

 

T.Yaqublu 6 saylı birləşmiş şəhər xəstəxanasına yerləşdirilib.

 

Qeyd edək ki, Tofiq Yaqublu dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xuliqanlıq) əsasında 30 sutka inzibati qaydada həbs olunub.

 

Bu gün həkim Adil Qeybulla təcridxanada Tofiq Yaqublu ilə görüşüb və onun səhhətini nəzərə alaraq xəstəxanaya köçürülməsinin vacibliyini vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?