Modern.az

Ruslar Ukraynanın daha bir yaşayış məntəqəsini tutdular

Ruslar Ukraynanın daha bir yaşayış məntəqəsini tutdular

Aktual

21 Yanvar 2023, 17:30

Rusiya qoşunları Donetsk istiqamətində Cənub Hərbi Dairəsinin atəş dəstəyi ilə Dvureçye qəsəbəsini işğal ediblər. Döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin 50 hərbçisinin öldürüldüyü və yaralandığı bildirilir.

Modern.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov təsdiqləyib.

Bundan başqa o, Ukrayna hərbçilərin iki zirehli döyüş maşınının, üç pikapın, həmçinin iki D-20 və D-30 haubitsalarının sıradan çıxarıldığını da söyləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Ərdoğan açıqladı: Bakıya gedirəm! Nələr olacaq?