Modern.az

Laçın-Xankəndi yolu: Ekofəllar 42 gecədir etiraz edir

Laçın-Xankəndi yolu: Ekofəllar 42 gecədir etiraz edir

Aktual

22 Yanvar 2023, 22:54

Laçın-Xankəndi yolunda azərbaycanlı fəalların dinc şəkildə təşkil etdikləri aksiya 42-ci günündə gecə saatlarında da yüksək əhval-ruhiyyədə davam edir.

 

Modern.az xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları bu dəqiqələrdə fəallıq göstərir, Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına “Yox!” deyir, bunun dərhal dayandırılmasını tələb edirlər.

 

Onlar yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən yüksək vətənpərvərlik əzmi nümayiş etdirir, ənənəvi şüarlarını səsləndirirlər. Aksiya iştirakçılarının toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır.

 

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə təşkil edilən dinc aksiya keçən il dekabrın 12-də başlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir