Modern.az

İqtisadi Əməkdaşlıq Təşkilatının iclası çağırıldı

İqtisadi Əməkdaşlıq Təşkilatının iclası çağırıldı

Aktual

22 Yanvar 2023, 23:40

Yanvarın 24-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Nazirlər Şurasının 26-cı iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, iclasda təşkilata üzv ölkələrin xarici işlər nazirləri, eləcə də İƏT-in Baş Katibi Xusrav Noziri iştirak edəcəkdir.

 

Qeyd edək ki, 2023-cü ildən İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçir. Azərbaycanın 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində təşkilatın Daimi Nümayəndələr Şurasının bu il üzrə ilk iclası 11 yanvar 2023-cü ildə Tehranda keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir