ABŞ-ın yeni səfiri Lin Treysi yaxın günlərdə Rusiyaya gələcək.
Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Xatırladaq ki, 2014-2017-ci illərdə Moskvada ikinci diplomat olan Treysi ABŞ-ın Rusiyaya səfir təyin etdiyi ilk qadındır.
Lin Treysi bundan əvvəl ABŞ-ın Ermənistandakı səfiri olub.