Modern.az

İcra başçısı Şəhid Dövlətzadə Cəbrayılın anası ilə görüşüb - FOTO

İcra başçısı Şəhid Dövlətzadə Cəbrayılın anası ilə görüşüb - FOTO

Aktual

23 Yanvar 2023, 14:26

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Sumqayıt şəhər sakini Şəhid Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə ilə görüşüb .

 

Modern.az xəbər verir ki, görüşdə icra başçısı Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin şəhid ailələrinə yüksək diqqət-qayğısını qeyd edərək, həmin diqqət-qayğının hər birimiz üçün örnək olduğunu vurğulayıb. Şəhər rəhbəri bildirib ki, Cəbrayıl Dövlətzadə Vətən müharibəsinin ilk günlərindən torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qoşulub və şücaət göstərib.

 

Həmçinin, “Gold Naftalan” müalicə mərkəzində müalicə alan Şəhid anasının müalicəsi ilə də yaxından maraqlanılıb.

 

Qeyd edək ki, Cəbrayıl Dövlətzadə möhtərəm Prezidentimizin Sərəncamlarına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir