Modern.az

Latviya da Rusiya ilə diplomatik əlaqələri pozur

Latviya da Rusiya ilə diplomatik əlaqələri pozur

Aktual

23 Yanvar 2023, 16:48

Estoniyanın ardınca Latviya da fevralın 24-dən Moskva ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salacaq.

Modern.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Edqars Rinkeviç bildirib.
 

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Tallinnlə diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması ilə bağlı bəyanat yayıb. Qeyd edilib ki, Estoniya Rusiyanın Tallinndəki səfirliyində çalışanların sayını kəskin azaltmaq üçün qeyri-dost addım atıb, bu da ölkələr arasında münasibətlərin pozulmasına doğru olan xətdir.

Cavab olaraq Rusiya tərəfi hər iki ölkədəki diplomatik nümayəndənin rütbəsini aşağı salmaq qərarına gəlib.

Estoniya səfiri Marqus Laidre fevralın 7-də Rusiyanı tərk etməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir