“ВКонтакте” sosial şəbəkəsinin domeni qadağan olunmuş saytların qeydiyyatına düşüb. Modern.az rus mətbuatına istinadən bildirir ki, Roskomandzorun (Federal Nəzarət Xidməti) qərarı ilə “vk.com” domeni bu gün qadağan olunmuş sayt olaraq qeydiyyata alınıb. Hazırda Sankt-Peterburq və bir neçə regionda saytın girişi əngəllənib. Hətda Baykal provayderi “Байкал-ТТК” öz rəsmi saytında istifadəçilərinə təəssüf hissi ilə bildirib ki, sosial şəbəkəəyə giriş hökumət tərəfindən əngəllənib.
Məlumatda bildirilir ki, qadağan olunan saytların reyestr xidməti olan “Roskomandzor” əsasən uşaq pornoqrafiyası yayımlayan saytların fəaliyyətin əngəlləyir. “Антизапрет.инфо” saytı da bunu əsas gətirərək “ВКонтакте” sosial şəbəkəsində “Детская модaа” qrupunda paylaşılan bir şəkilin buna səbəb olduğu haqda məlumat yayıb. Duşda çılpaq qızın təsvir olunduğu bu fotonun “vk.com” domeninin əngəlləmə səbəbi olduğu hazırda əsas ehtimal kimi qəbul olunub.Xatırladaq ki, “Детская модаа” qrupu uşaq şəkillərini yayımladığına görə, bu ilin martında Rusiya Federasiyasının uşaq hüquqları üzrə müvəkkili Pavel Astakhovun diqqətini cəlb edib. Onun məsələyə müdaxiləsindən sonra “ВКонтакте” sosial şəbəkəsi bir müddət həmin qrupun fəaliyyətin dayandırmışdı.
Rusiya qanunlarına əsasən ana-uşaq və uşaq pornoqrafiyasının və narkotiklərin təbliğatını yayan internet resursları Rusiya Federal Nəzarət Xidməti tərəfindən qeydiyyata alınır. Bu iki səbəbdən qeydiyyata alınan resurslara provayderlər tərəfindən giriş əngəllənir.
Elçin AĞAYEV