Modern.az-ın məlumatına görə, Böyük Quruluş Partiyası (BQP) Şəhidlər Xiyabanında Türk əsgərinin şərəfinə qoyulmuş abidəni ziyarət edəcək.
Bu barədə BQP başqanı, millət vəkili Fazil Mustafa bildirib. O, deyib ki, 95 il əvvəl - 25 may 1918-ci ildə Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu Gəncəyə daxil olub.
Deputatın sözlərinə görə, 95 il öncə Nuru Paşanın Azərbaycanı xilas missiyası buradan başlayıb: “Sabah saat 11.00-da Şəhidlər Xiyabanında Türk əsgərinin şərəfinə qoyulmuş abidəni dostlarımızla ziyarət edib, bu anlamlı tarixi bir daha yaşadacağıq. Ən azı Azərbaycan insanının qədirbilməz olduğunu söyləyənləri yanıltmaq, böyük qəhrəmanımıza sahib çıxmaq və ən başlıcası, üzərimizdə müqayisəyəgəlməz haqqı olan insandan və insanlardan halallıq almaq üçün hər kəsi bu ziyarətdə iştirak etməyə dəvət edirəm”.
Modern.az