Modern.az

Tibb Universitetində dövlət rəmzlərindən danışılıb

Tibb Universitetində dövlət rəmzlərindən danışılıb

Aktual

24 May 2013, 15:14

Mayın 24-də Azərbaycan Tibb Universitetində (ATU) “Dövlət rəmzlərimizi sevək və sevdirək!” devizi altında dəyirmi masa keçirilib.

ATU-nun və “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə keçirilən tədbir Heydər Əliyevin 90 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 95-ci ildönümünə həsr olunub.
Dəyirmi masada Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin həyatı, fəaliyyətindən söz açılıb.
ATU-nun tədris işləri üzrə prorektoru, professor Sabir Heydər Əliyevin səhiyyə işçilərinə həmişə xüsusi diqqət və qayğı ilə yanaşdığını xatırladıb.Azərbaycan Tibb Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsinin və ölkəmizdə tibb kadrlarının hazırlanmasının məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Daha sonra TUMİB sədri Çingiz Bayramov tədbir iştirakçılarına layihə barədə məlumat verib. O bildirib ki, bu layihə silsilə tiplidir və artıq bir neçə universitetdə keçirilib. Qeyd edib ki, tədbirlər gənclərdə dövlət rəmzlərimizə olan sevgi və hörməti artırmaq məqsədi daşıyır.

Ç.Bayramov ilk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan istiqlaliyyətinin ideoloqlarından olan Əli bəy Hüseynzadənin gündəmə gətirdiyini bildirib.

Dəyirmi masada çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov bu layihəyə gələcəkdə də dəstək verəcəklərini deyib.  E.Hüseynov tələbələrə üç rəngli bayrağımızın ilk dəfə Türkiyədən Azərbaycana gətirilməsi, Qız Qalasında dalğalandırılması barədə da məlumat verib.

 




 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı