Uruqvay sakini, 1948-ci ildə London Yay Olimpiya Oyunlarının iştirakçısı olmuş Feliks Sienra 107 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, idmançı Olimpiadanın ən yaşlı iştirakçısı idi.
O, yelkənli idman növündə mübarizə aparıb. Sienra 1948-ci ildə London Yay Olimpiya Oyunlarında altıncı olub.
Sienranın ölümündən sonra ən yaşlı olimpiyaçı alman atlet Villi Büsinqdır. O, 1952-ci il Yay Olimpiya Oyunlarında iştirak edib. Büsinqin mart ayında 102 yaşı tamam olacaq.