Modern.az

Bərdə və Tərtərdə Minilliyin İnkişaf Məqsədlərinə dair məsləhətləşmələr aparılıb

Bərdə və Tərtərdə Minilliyin İnkişaf Məqsədlərinə dair məsləhətləşmələr aparılıb

Aktual

24 May 2013, 18:52

Azərbaycan digər 189 üzv dövlətlə birgə 2000-ci ilin sentyabrında BMT Sammitində 2015-ci ilə qədər insanların həyatında müsbət dəyişikliklər yaratmaq üçün ortaq müstəvi rolunu oynayan səkkiz məqsəddən ibarət Minilliyin İnkişaf Məqsədlərinin (MİM) əhatə olunduğu Minilliyin Bəyannaməsini qəbul edib. MİM-lərə nail olmaq üçün müəyyən edilmiş vaxt azaldıqca BMT-nin Azərbaycandakı təşkilatları hökumət və digər tərəfdaşlarla birgə 2015-ci ildən sonrakı qlobal inkişaf prioritetlərini müəyyənləşdirmək məqsədilə milli məsləhətləşmələrə başlanıb və miqrasiya və insan alverinə dair müzakirələr bu məsləhətləşmələrdə önəmli yer tutur.  

BMT-nin informasiya departamenti, Beynəlxalq Miqrasiya Təşkilatı və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) birgə müşavirələr keçirib. 2015-ci ildən sonrakı inkişaf, miqrasiya və insan alveri məsələlərinin müzakirəsinə həsr olunmuş müşavirələrdə həmçinin qonşu Ağcabədi, Yevlax, Ağdam və Goranboy rayonlarından icra strukturlarının rəhbərləri, hüquq mühafizə orqanlarının, gənclər və idman idarələrinin, yerli özünüidarəetmə orqanlarının, KİV-lərin və yerli icmaların nümayəndələri, müvafiq qurumların təmsilçiləri iştirak ediblər.  

Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya və Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Şabanov tədbirlərə ev sahibliyi edən rayonların rəhbərliyi adından müşavirə iştirakçılarını salamlayıb müzakirə olunan məsələlərin həlli ilə bağlı təşəbbüslərə daim dəstək verəcəklərini bildiriblər.  

Hər iki tədbirin əvvəlində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak Minilliyin İnkişaf Məqsədlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi sahəsində Az’rbaycanda görülən işlərdən və 2015-ci ildən sonrakı inkişaf məsələləri ilə bağlı prioritet məqsədlərdən danışıblar.   Müşavirələrdə BMT-nin əlaqələndirmə məsələləri üzrə müşaviri İradə Əhmədovanın “Minilliyin İnkişaf Məqsədləri (MİM), 2015-ci ildən sinrakı inkişaf məsələləri və miqrasiya meylləri” və Beynəlxalq Mirasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprağın “Azərbaycanda miqrasiya və insan alveri məsələlərinə ümumi baxış” mövzularında təqdimatları dinlənilib. Təqdimatlarda qeyd edilib ki, bu gün 214 milyon beynəlxalq miqrantla yanaşı, məcburi köçkünlər də daxil olmaqla təxminən 740 milyondan artıq daxili miqrant var. Başqa sözlə dəsək, əgər yer üzündə 7 milyard əhali yaşayırsa, bu, dünyada hər 7 adamdan birinin miqrant olması deməkdir.  

Sonra miqrasiya və insan alverinə dair müzakirələrə başlanıb. Tədbirlərin iştirakçıları miqrasiya məsələrinə həm qlobal konteksdən, həm də Azərbaycan konteksindən yanaşaraq indiyədək olan vəziyyət və 2015-ci ildən sonra miqrasiya və insan alverinə dair görülməsi vacib olan işlərlə bağlı öz fikir və mülahizələrini bildirib, təkliflər irəli sürüblər. Müzakirələr və məsləhətləşmələr zamanı əsas diqqət xaricdən miqrasiyanın Azərbaycana müsbət təsirinin nədən ibarət olmasına, Azərbaycanın üzləşdiyi insan alveri probleminin aradan qaldırılması üçün hansı addımların atılmasının zəruriliyinə, miqrasiya proseslərinin Azərbaycanın sosial-iqtisadi inkişafına təsiri məsələlərinə yönəlib. Miqrasiya və insan alveri problemlərinin aradan qaldırılması istiqamətində təkliflər və mülahizələr dinlənilib, dövlətlərin və beynəlxalq təşkilatların miqrasiyanın imkanlarından insanların müsbət mənada faydalanması üçün nə edə biləcəklərindən danışılıb. Məsləhətləşmələr zamanı eyni zamanda ailə üzvlərinin miqrasiyası və bunun icmalara təsiri məsələlərinə də toxunulub.

Hər iki müşavirənin sonunda BMT-nin informasiya departamentinin rəhbəri Envera Selimoviç və BAMF-ın sədri Umud Rəhimoğlu BMT agentliklərinin çox böyük önəm verdiyi Minilliyin İnkişaf Məqsədlərindən doğan vəzifələrlə bağlı məsləhətləşmələrə həsr olunan tədbirlərə dəstək verən hər kəsə təşəkkürlərini bildiriblər.

 
    Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı