Modern.az

Saakaşvilinin partiyası parlamenti boykot etdi

Saakaşvilinin partiyası parlamenti boykot etdi

Aktual

7 Fevral 2023, 09:48

Gürcüstanın müxalifət partiyası “Vahid Milli Hərəkat” parlamentdəki fəaliyyətini dayandırıb və fövqəladə rejimə keçib.

Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə qurumun yeni sədri Levan Xabeişvili bildirib.

Xabeişvili bu addımın Tbilisi şəhər məhkəməsinin eks-prezident Mixail Saakaşvilini həbsdə saxlamaq barədə dünənki qərarına etiraz olduğunu vurğulayıb.

O, hakim “Gürcü arzusu” partiyasına müraciət edərək, "sizin qayğısız həyatınız bitdi" deyib.
 

Xabeişvilinin sözlərinə görə, “Gürcü arzusu ilə oynamağa” vaxtları yoxdur, çünki Gürcüstanın üçüncü prezidentinin həyatı təhlükədədir.
 

Xabeişvili bildirib ki, Tbilisi etirazın mərkəzinə çevriləcək və bu gün paytaxtda partiyanın regionlardan olan nümayəndələrini tədbirlər planı hazırlamaq üçün gözləyir.
 

Yanvarın sonunda keçirilən partiyadaxili seçkilər nəticəsində Levan Xabeişvili “Vahid Milli Hərəkat”ın yeni sədri seçilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər