Modern.az

Bakıdan sülh müqaviləsi ilə bağlı yeni təkliflər almışıq - Mirzoyan

Bakıdan sülh müqaviləsi ilə bağlı yeni təkliflər almışıq - Mirzoyan

Aktual

7 Fevral 2023, 15:24

Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Berlinə səfəri çərçivəsində Almaniya XİN başçısı Annalena Berbokla keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

 

"Bugünlərdə Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər alıb. İrəvan onları nəzərdən keçirir və mətn üzərində işləməyə davam edir", - deyə XİN rəhbəri bildirib.

 

Qeyd edək ki, bundan əvvəl də tərəflər arasında sülh müqaviləsi ilə bağlı qarşılıqlı təkliflər mübadiləsi baş tutmuşdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı