ABŞ prezidenti Co Baydenin reytinqi yenidən düşüb.
Modern.az xəbər verir ki, bunu ABŞ-da keçirilən rəy sorğuları göstərir.
Belə ki, “Reuters” agentliyinin “Ipsos” araşdırma xidməti ilə birgə keçirdiyi sorğunun nəticələrinə əsasən, amerikalıların yalnız 41%-i Baydenin işini bəyənir. Respondentlərin 65%-i isə ölkənin yanlış istiqamətdə getdiyini düşünür və buna görə Baydeni günahlandırır.
Qeyd edilib ki, Baydenin ictimaiyyət tərəfindən bəyənilmə reytinqi 41% təşkil edir. Bu, onun prezidentllik dövrünün ən aşağı göstəricisi hesab olunur.