"Əgər Bakı-İrəvan-Tbilisi üçtərəfli dialoqu regionda sabitliyin və təhlükəsizliyin inkişafına töhfə verirsə, biz bunu ancaq alqışlayırıq".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, hər bir dövlət öz maraqlarına cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən beynəlxalq formatlarda iştirak etmək hüququna malikdir.
"Əgər bu təşəbbüsün arxasında üçtərəfli razılaşmaların həyata keçirilməsinə xələl gətirməyə çalışan Vaşinqton və Brüsselin konturları görünürsə, bu, tamam başqa hekayədir", - deyə Rusiya XİN rəsmisi əlavə edib.