Modern.az

Yanvarda əlillik təyin olunan şəxslərin sayı AÇIQLANDI

Yanvarda əlillik təyin olunan şəxslərin sayı AÇIQLANDI

Aktual

21 Fevral 2023, 16:04

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar ayında 3,1 min şəxsə əlillik təyin edib.

 

Bu barədə Modern.az-a nazirlikdən məlumat verilib.

 

Qeyd olunub ki, onlardan 1,4 mininə ilkin, qalanlarına təkrar əlillik təyinatı aparılıb. Həmçinin Agentliyin reabilitasiya müəssisələrində ötən ay 5,1 min şəxsə reabilitasiya xidməti göstərilib, 1038 şəxsə 4 952 reabilitasiya vasitəsi verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?