Modern.az

21 min manatlıq metal oğurlayanlar ƏLƏ KEÇDİ

21 min manatlıq metal oğurlayanlar ƏLƏ KEÇDİ

Aktual

22 Fevral 2023, 10:57

Qubada 21 min manatlıq metal oğurlayan şəxslər saxlanılıblar.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayonun Ağbil kəndi ərazisində olan köhnə sənaye obyektindən oğurluq edilməsi barədə məlumat daxil olub.

 

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən rayon sakinləri Nihad Babayev, Ruslan Əhmədov və Tahir Ələddinov saxlanılıblar.

 

Həmin şəxslər törətdikləri əməli etiraf ediblər. Onlar 17 min manat dəyərində alüminium, 3 min manat dəyərində 2 ədəd mühərrik və 920 manat dəyərində dəmir-metal avadanlığı oğurlamaqla ümumilikdə zərərçəkmişə 21 000 (iyirmi bir min) manat yaxın ziyan vurublar.

 

Faktla bağlı RPŞ-nin istintaq bölməsində araşdırma aparılıb və hər üç şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı