Modern.az

Daha 2 qazimiz sağalaraq Vətənə qayıtdı

Daha 2 qazimiz sağalaraq Vətənə qayıtdı

Aktual

22 Fevral 2023, 10:18

Ağır yaralanan iki qazi – Nəsirov Kənan Fizuli oğlu və İsmayılov Bəxtiyar Etibar oğlu Türkiyədə müalicələrini tamamlayaraq Vətənə qayıdıblar.

 

"YAŞAT" Fondundan Modern.az-a verilən xəbərə görə, onların müalicəsi ölkəmizin ixtisaslaşmış səhiyyə müəssisələrində davam etdiriləcək.

 

Xatırladaq ki, bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 173-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

 

Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İranda əhaliyə şok xəbərdarlıq - Dağıdıcı hücumlar...