Belarus polisi paytaxtda yerləşən aerodromda partlayış törədənləri axtarır.
Modern.az xəbər verir ki, bu barədə Belarusun “Zerkalo” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, polis 29 yaşlı Krım sakini Nikolay Şvetsi axtarışa verib. O, fevralın 26-da şəhərin Maçulişçi kəndində xüsusilə ağır cinayət törətməkdə şübhəli bilinir.
Qeyd edək ki, Minsk şəhəri yaxınlığındakı Maçulişçi hərbi aerodromunda partlayış törədilib. Belarus hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarının yaratdığı "Bypol" kanalının məlumatına görə, partlayış zamanı Rusiya hərbi hava qüvvələrinin A-50 erkən xəbərdarlıq təyyarəsi zədələnib.
Akif İsmayılov